Azərbaycanda külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb

Azərbaycanda külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb Bakı. 6 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Hadisə
6 Fevral , 2019 11:06
Azərbaycanda külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb

Bakı. 6 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Komitədən “Report”a verilən məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycanın aksiz markası ilə markalanmayan 5 000 ədəd "Marlboro Gold", 2 200 ədəd "Marlboro Flavor Code", 9 600 ədəd "Kent İnfina", 7 800 ədəd "Kent White", 19 200 ədəd "Kent Silver", 6 000 ədəd "Cavallo", 1 600 ədəd "Senator" markalı, ümumilikdə 51 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi