Azərbaycanda kişi arvadını övladının gözləri qarşısında öldürüb - TƏFƏRRÜAT

Azərbaycanda kişi arvadını övladının gözləri qarşısında öldürüb - TƏFƏRRÜAT O, hadisədən sonra polisə təslim olub
Hadisə
14 Sentyabr , 2017 14:25
Azərbaycanda kişi arvadını övladının gözləri qarşısında öldürüb - TƏFƏRRÜAT

Daşkəsən. 14 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunun Bayan kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Rafiq oğlu Həsənov arvadı - 1990-cı il təvəllüdlü  Könül Hafiz qızı Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb.

Məlumata görə, hadisədən əvvəl K.Əzizova 2-ci sinifdə oxuyan 8 yaşlı uşağını götürərək rayonun Bayan kəndində yaşayan anasıgilə gəlib. Daha sonra onun həyat yoldaşı da ora gəlib və ər-arvad arasında mübahisə yaranıb. Münaqişə zəmnində R.Həsənov arvadını qaynanası və uşağının gözləri qarşısında boğaraq öldürüb.

Kənd sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, həmin gün kənddə K.Əzizovanın qohumunun toyu olub: "Ramil arvadının həmin toy mərasimində iştirak etməsinə qarşı çıxaraq onun qohumunun toyuna getməsinə icazə verməyib. Ər-arvad arasında  mübahisənin də bu səbəbdən yaranıb. Onların ailəsi kənddə sakit və mədəni ailə kimi tanınırdı. Ramilin atası rayonda tanınmış maşın ustasıdır. Ramil sakit oğlan idi. Könülün haqqında indiyə kimi heç bir söz-söhbət olmamışdı. Biz də eşitmişik ki, hadisə qısqanclıq zəminində baş verib. 

Hadisədən sonra R.Həsənov könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, R.Həsənov Daşkəsən-Bakı istiqamətinə, şəxsi avtomobili ilə sərnişin daşıma ilə məşqul olurmuş.

Baş vermiş hadisə ilə bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


***10:28

Daşkəsən. 14 sentyabr.Daşkəsən rayonunda ər arvadını boğaraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan qəsəbəsində baş verib. 

Belə ki, 1984-cü il təvəllüdlü Ramil Rafiq oğlu Həsənov arvadı - 1990-cı il təvəllüdlü Könül Hafiz qızı Əzizovanı boğaraq qətlə yetirib. 

Hadisənin baş verməsinin dəqiq səbəbləri məlum olmasa da qətlin qısqanclıq zəmnində törədildiyi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi