Azərbaycanda kinoloji xidmət itinin köməyi ilə 1,7 kq heroin aşkar edilib

Azərbaycanda kinoloji xidmət itinin köməyi ilə 1,7 kq heroin aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Aprel , 2017 11:02
Azərbaycanda kinoloji xidmət itinin köməyi ilə 1,7 kq heroin aşkar edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi