Yuxarı
    Bağlamaq

    Azərbaycanda kinoloji itin köməyi ilə avtomobildən narkotik vasitə aşkar edilib

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 17 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, kinoloji xidmət itinin reaksiyasına əsasən nəqliyyat vasitəsinin salonunda aparılan yoxlama zamanı sürücüyə məxsus şəxsi ləvazimatların olduğu əl çantasından üzərində "Pepsi" sözləri yazılan 300 ml-lik qabda xalis çəkisi 0.23 qram təşkil edən narkotik vasitə - metadon aşkar edilib.

    Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 2-ci siyahısına daxildir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi