Yuxarı

​Azərbaycanda kənd yerlərində yaşayan qadınlar daha çox psixoloji və iqtisadi zorakılığa məruz qalır

Ömründə ən azı bir dəfə zorakılığa məruz qalan qadınlar arasında da kəndlərdə yaşayan qadınlar üstünlük təşkil edir

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Ömründə ən azı bir dəfə zorakılığa məruz qalan qadınlar arasında kənd yerlərində yaşayanlar üstünlük təşkil edir". "Report"un Azərbaycan Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, ümumillikdə, 23 551 qadın arasında aparılan sorğu nəticəsində məlum olub ki, onlardan 35,8 faizi zorakılığa məruz qalıb.

Həmçinin, onlardan 8,1 faizinin fiziki, 27,7 faizinin isə psixoloji və iqtisadi zorakılığa məruz qaldığı məlum olub. Şəhər yerlərində yaşayan 17 157 qadından 20,4 faizi zorakılığa məruz qalıb. Eyni zamanda onlardan 5,1 faizinin fiziki, 15,3 faizi isə psixoloji və iqtisadi zorakılığa məruz qaldığı müəyyənləşib.

Kənd yerlərində yaşayan 6 394 qadın arasında aparılan sorğudan məlum olub ki, onlardan 76,9 faizi ömründə ən azı bir dəfə zorakılığa məruz qalıb. Həmin qadınlardan 16,2 faizi fiziki, 60,7%-i isə psixoloji və iqtisadi zorakılığa məruz qalanlar olub.

6-18 yaşadək olan uşaqlar arasında aparılan sorğu isə onlardan 28,7 faizinin zorakılığa məruz qaldığını göstərib. Onlar arasında 25,5%-nin psixoloji və iqtisadi zorakılığa məruz qaldığı aydın olub. Daha çox zorakılığa məruz qalan yaş qrupu isə 30-39 yaş arasında olan qadınlar olub. Bu yaş aralığında olan 4 194 qadın arasında aparılan sorğu nəticəsində məlum olub ki, onlardan 49,6 faizi ömründə ən azı bir dəfə zorakılığa məruz qalıb. Bunun 15 faizi fiziki, 34,6 fazii isə psixoloji və iqtisadi zorakılığın payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi