Yuxarı
    Bağlamaq

    Azərbaycanda kənd xəstəxanasında yanğın olub

    Yanğın Biləsuvarda Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında qeydə alınıb

    Bakı. 7 fevral. REPORT.AZ/ Biləsuvarda kənd xəstəxanasında yanğın olub. 

    "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın rayonun Xırmandallı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında qeydə alınıb. 

    Ümumi sahəsi 360 kv.m olan birmərtəbəli korpusun 9 kv.m olan otaqda 1 ədəd elektrik qızdırıcı və masa 1 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi