Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi

Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının barədə inzibati protokol tərtib edib
Hadisə
27 İyul , 2020 10:42
Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi
Report
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası barədə inzibati protokol tərtib edib.

"Report" xəbər verir ki, Yasamal Rayon Məhkəməsi həmin protokola əsasən, təşkilatın 20 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Assosiasiya İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan narazı qalan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
 

Son xəbərlər

Orphus sistemi