Azərbaycanda iki polis rəisinin oğlu DİN-də xidmətə başlayıb

Azərbaycanda iki polis rəisinin oğlu DİN-də xidmətə başlayıb Rəis oğlu bölməyə təhqiqatçı təyin olunub
Hadisə
6 Dekabr , 2014 12:17
Azərbaycanda iki polis rəisinin oğlu DİN-də xidmətə başlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğlu polis orqanlarında xidmətə başlayıb. "Report"un məlumatına görə, Polis Akademiyasının (PA) müdavimi olan Toğrul Hüseynova polis leytenantı rütbəsi verilib. O, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqatçı vəzifəsində fəaliyyətə başlayıb.

Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovun oğlu da daxili işlər orqanlarında işə başlayıb. Bu il PA-nı bitirən polis rəisinin oğlu hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində əməliyyat müvəkkili işləyir. 

Son xəbərlər

Orphus sistemi