Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub öldürüb

Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub öldürüb Hadisə Şəmkir və Şəkidə baş verib
Hadisə
12 Sentyabr , 2015 13:51
Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub öldürüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri sentyabrın 10-da Şəmkir rayonunun Seyfəli kəndində baş verib.

Rayon sakini Rövşən Mustafayev torpaq sahəsini suvararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər hadisə isə Şəkidə qeydə alınıb. Sentyabrın 11-də Şəki rayonunun Cumay kəndində yaşayan Sadiq Məmmədov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Son xəbərlər

Orphus sistemi