Mingəçevirdə su kanalında boğulanların azyaşlı qardaşlar olduğu açıqlanıb

Mingəçevirdə su kanalında boğulanların azyaşlı qardaşlar olduğu açıqlanıb Batanların axtarışları davam etdirilir
Hadisə
14 Noyabr , 2014 11:36
Mingəçevirdə su kanalında boğulanların azyaşlı qardaşlar olduğu açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Mingəçevir şəhərində - Yuxarı Qarabağ kanalında boğulan iki nəfərin şəxsiyyəti dəqiqləşdirilib. "Report"un məlumatına görə, batan şəxslər Ağdərə rayonundan məcburi köçkün 13 yaşlı Novruzov Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Novruzovdur. İki qardaş kanalın kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş kiçik qardaşının suda boğulduğunu görərək, onu xilas etmək üçün kanala atılıb. Nəticədə onların hər ikisi batıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib, qardaşların tapılması istiqamətində işlər aparılır.

ilk xəbər 10.58-də yayımlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Mingəçevir şəhərində iki nəfər su kanalında batıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  Yuxarı Qarabağ kanalında 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar "Aran" dalğıc axtarış qrupu, Mingəçevir sularda xilasetmə məntəqəsi, 10 nəfər şəxsi heyət, 2 rezin qayıq və dalğıc ləvazimatları ilə axtarışları davam etdirir. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi