Yuxarı
    Bağlamaq

    Azərbaycanda idarə rəisi kabinetində döyülüb

    Cəlilabad Elektrik Satış İdarəsinin rəisi Aydın Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb

    Cəlilabad. 3 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb. 

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb. 

    Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib. 

    Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.

    Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi