Azərbaycanda həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Azərbaycanda həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb Bakı. 26 mart. REPORT.AZ/ Respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb və 11 nəfər xəsarət alıb.
Hadisə
26 Mart , 2018 09:22
Azərbaycanda həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Bakı. 26 mart. REPORT.AZ/ Respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb və 11 nəfər xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 42-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi