Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
1 Sentyabr , 2016 12:42
Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəsində polisi təhqir etməkdə təqsirləndirilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Orxan Alagöz Abdulhəmid oğlunun ekstradiyasiya edilməsi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə O.Alagözün Türkiyə Respublikasına ekstradisiya edilməməsi qərarını verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan O.Alagöz ölkəsində polisi təhqir etdiyi üçün axtarışa verilib. O, bu il Azərbaycanda həbs edilib. Türkiyə Respublikası isə O.Alagözün ekstradisiya olunmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi