Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın Balakən rayonunda Gürcüstan vətəndaşı qarət olunub. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girən şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb edib. Naməlum şəxslər səs-küy yarandığından hadisə yerini tərk ediblər. Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulub.
Digər şəxslərin də tapılması istiqamətində Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.