Azərbaycanda gömrük nəzarətindən gizlədilən avadanlıqlar aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilən avadanlıqlar aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Fevral , 2017 10:44
Azərbaycanda gömrük nəzarətindən gizlədilən avadanlıqlar aşkar edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb.

Avtomobilə təkrar baxış zamanı, yük yerində "invoys"da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd "Silver" markalı toster, 3 ədəd "PO602" markalı pizza bişirən elektrik sobası, 15 ədəd "PİMAK" markalı 4 seksiyalı və 2 ədəd "PİMAK" markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi