Azərbaycanda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Fevral , 2017 10:57
Azərbaycanda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Bakı. 9 fevral. REPORT.AZ/Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan Azərbaycana minik maşını ilə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi