​Azərbaycanda futbol klubunun ofisində yanğın baş verib

​Azərbaycanda futbol klubunun ofisində yanğın baş verib Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
8 Yanvar , 2016 01:59
​Azərbaycanda futbol klubunun ofisində yanğın baş verib

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən gün axşam saatlarında İmişli rayonunda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, yanğın futbol klubuna məxsus stadionun ərazisində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli ofis binasında qeydə alınıb.

Hadisə nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən hamam otağının taxta üzlüyü 9 kv.m sahədə yanıb.

Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi