​Azərbaycanda dənizdə boğulan bacıları xilas etmək istəyən şəxs ölüb

​Azərbaycanda dənizdə boğulan bacıları xilas etmək istəyən şəxs ölüb Bacılardan biri xilas edilib, digəri boğulub
Hadisə
30 İyul , 2015 14:07
​Azərbaycanda dənizdə boğulan bacıları xilas etmək istəyən şəxs ölüb

Bakı. 30 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən boğulma hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilir ki, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib. Nəticədə N.Musayeva və Q.Muradov boğulub. Xilas edilmiş G.Musayeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi