Bakı. 5 dekabr. REPORT.AZ/ Kürdəmir şəhərində 1998-ci il təvəllüdlü qız hündürlüyü 35 metr olan işıqlandırma qülləsinə çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etdirib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin yanğınsöndürən-xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.
Azərbaycanda daha bir intihara cəhd hadisəsi olub
Hadisə
429
5 Dekabr , 2014
13:24


Son xəbərlər
