Yuxarı

Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

6 ədəd Nokia markalı mobil telefon aparatları aşkar edilərək götürülüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Namiq Oqtay oğlu Səmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 46, ev 295 ünvanında yaşayan vətəndaş Hafiz İslam oğlu Əbiyevin gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd plastmas qabda olan maye halında şokaladın işərisində gizlədilmiş 6 ədəd Nokia markalı mobil telefon aparatları və onlara məxsus olan 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi