Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb, 598 nəfər xəsarət alıb

Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb, 598 nəfər xəsarət alıb Cari ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Hadisə
18 İyul , 2024 17:07
Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb, 598 nəfər xəsarət alıb

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.



O bildirib ki, bu ilin birinci yarımilliyi ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 fakt, başqa sözlə 12.7 faiz azalaraq 681 fakt təşkil edib:

“Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub”.

BDYPİ rəsmisi deyib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, mane vurma, aşma hadisələri üstünlük təşkil edib.

“Hadisələrin baş vermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb” - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi