Yuxarı

Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək ölüb

Hər iki faktla bağlı araşdırma aparılır

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Sumqayıt şəhərində yaşayan Turan Abdullayev evində dəm qazından zəhərlənərək ölüb. 

Sirkə turşusundan zəhərlənmə hadisəsi isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, dekabrın 13-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Sevil Aslanova ehtiyatsızlıqdan sirkə turşusu içməsi nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 25-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi