Azərbaycanda bir gündə yol-hərəkəti qaydalarını pozan sürücülərin sayı açıqlanıb

Azərbaycanda bir gündə yol-hərəkəti qaydalarını pozan sürücülərin sayı açıqlanıb Ölkənin avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb
Hadisə
26 Oktyabr , 2016 18:02
Azərbaycanda bir gündə yol-hərəkəti qaydalarını pozan sürücülərin sayı açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 5918 sürücünü cərimələyib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Qurumdan bildirilib ki, oktyabrın 25-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 2796 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.

Ölkənin avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi