Azərbaycanda bir ailənin üç üzvü güllələnib

Azərbaycanda bir ailənin üç üzvü güllələnib Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Aprel , 2015 14:55
Azərbaycanda bir ailənin üç üzvü güllələnib

Bakı. 15 aprel. REPORT.AZ/ Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi