Azərbaycanda bələdiyyə sədri meşədə kəsdiyi ağacın altında qalara ölüb - YENİLƏNİB

Azərbaycanda bələdiyyə sədri meşədə kəsdiyi ağacın altında qalara ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Sentyabr , 2017 12:23
Azərbaycanda bələdiyyə sədri meşədə kəsdiyi ağacın altında qalara ölüb - YENİLƏNİB

Daşkəsən. 27 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda bədbəxt hadisə zamanı ölən bələdiyyə sədrinin kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Zinzahal kənd bələdiyyəsinin sədri, 1971-ci il təvəllüdlü Füzuli İsmayıl oğlu Quliyev meşədə kəsilən irigövdəli ağacın altında qalıb. Baş və bel nayihəsindən ağır xəsarətlər alan bələdiyyə sədri əraziyə çağrılan təcili yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırlıb. Ağır kəllə-beyin travması alan F.Quliyevin həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. 

Daşkəsən Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna verilən məlumata görə,  F.Quliyev 2014-cu ildən bələdiyyə sədri işləyirdi, ailəlidir, 2 oğlu var. 


***11:59

Daşkəsən. 27 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda bələdiyyə sədri bədbəxt hadisə zamanı ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zinzahal kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin bələdiyyə sədri olduğu deyilən şəxs meşədə kəsilən ağacın altında qalaraq ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi