Azərbaycanda bələdiyyə sədri cərimələnib
Hadisə
- 27 aprel, 2022
- 08:00
Azərbaycanda bələdiyyə sədri cərimələnib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində inzibati protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
18:01
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün uğurlu iş ortaya qoya bilməyib
Xarici siyasət18:00
"Legion Financial"ın səhmlərinə 3 investor maraq göpstərib
Maliyyə17:57
Nadir Nəbiyev "Şəfa" Futbol Klubunun akademiya rəhbəri təyin edilib
Futbol17:50
MakQerri: Kulevi neft terminalı Avropa İttifaqının sanksiya hədəflərindən çıxarılıb
Xarici siyasət17:48
Azərbaycanda virtual kartların sayı 24 % artıb
Maliyyə17:42
Banklararası Kart Mərkəzi ilə ötən il aparılmış əməliyyatların sayı açıqlanıb
Maliyyə17:41
ÜST-nin baş direktoru: Bəzi dövlətlər BMT nizamnaməsinə riayət etmirlər
Xarici siyasət17:37
Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
Maliyyə17:35