Bakı. 14 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 37 yaşlı Vüqar İlham oğlu Adıgözəlovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə 42 yaşlı Alim Binnət oğlu İlyasovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüsü və "VAZ 2107" markalı maşının sərnişinləri - 20 yaşlı Asim Eldəniz oğlu İlyasov və 49 yaşlı Nüsrət Binnət oğlu İlyasov ağır bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.