Azərbaycanda aksiz markasız 10,6 min ədəd siqaret aşkarlanıb

Azərbaycanda aksiz markasız 10,6 min ədəd siqaret aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Fevral , 2017 14:11
Azərbaycanda aksiz markasız 10,6 min ədəd siqaret aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi "VAZ-21074" markalı, 90 CM 062 dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Avtomobilə baxış zamanı, yük yerində Azərbaycan aksiz markası ilə markalanmayan cəmi 10 min 600 ədəd - "M1", "Manchester", "Royal", "Bıstoon" və "De Santıs" adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi