Azərbaycanda adam öldürməkdə təqsirləndirilən daha bir şəxsə ömürlük həbs cəzası verilib

Azərbaycanda adam öldürməkdə təqsirləndirilən daha bir şəxsə ömürlük həbs cəzası verilib Hadisədə iştirak edən digər şəxsə isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 İyul , 2016 16:32
Azərbaycanda adam öldürməkdə təqsirləndirilən daha bir şəxsə ömürlük həbs cəzası verilib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Məmmədov ömürlük, N.Zəkəriyyəyev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında R.Məmmədovun ömürlük, N.Zəkərayevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

Son xəbərlər

Orphus sistemi