Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanda 9 gün əvvəl Şaiq Cəlilov adlı şəxsi bıçaqlamış şəxs tapılıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.
Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Ş.Cəlilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Abşeron rayon sakini Roman Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.