Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb Bakı. 28 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 89 əcnəbini saxlayıb.
Hadisə
28 Avqust , 2018 19:03
Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb

Bakı. 28 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 89 əcnəbini saxlayıb.

DMX-dən "Report"a verilən məlumata görə, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83 nəfərin isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 62 nəfər barədə inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi