Azərbaycanda 6 hakim barəsində intizam icraatı başlanılıb

Azərbaycanda 6 hakim barəsində intizam icraatı başlanılıb Ümumilikdə 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılıb
Hadisə
13 Aprel , 2017 21:10
Azərbaycanda 6 hakim barəsində intizam icraatı başlanılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.

"Report"un məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında məlumat verilib. 

Şurada dövlət başçısının sərəncamında verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilib. Cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı müzakirə edilib.

Eyni zamanda bildirilib ki, sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılıb, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalıb.

Son xəbərlər

Orphus sistemi