Yuxarı

​Azərbaycanda 53 prokurorluq işçisi cəzalandırılıb

“Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib

Bakı. 22 iyul. REPORT.AZ/ “Azərbaycanda korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstər”. “Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Bu ilin ilk altı ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: “Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən, həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 53 şəxs barəsində müvafiq intizam tədbirlərinin görülməsi təmin edilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi