Bakı. 18 mart. REPORT.AZ/ Ağdaş rayonunda intihar hadisəsi baş verib. "Report"un xəbərinə görə, rayonun Cüvə kənd sakini 1974-cü il Teymur Soltan oğlu Muradov axşam saatlarında evdən çıxıb, lakin geri qayıtmayıb.
Ailə üzvləri T. Muradovun geri qayıtmadığını görərək, onu kənd ərazisində axtarıblar. Daha sonra rayon hüquq-mühafizə orqanlarına məlumat verilib.
Axtarışlar zamanı onun meyiti atasının qəbri üstündə tapılıb.
İlkin məlumata görə, T.Muradov özünə məxsus təklüləli ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
T.Muradov ailəlidir, iki övladı var.