Azərbaycanda 4 nəfər suda boğularaq ölüb

Azərbaycanda 4 nəfər suda boğularaq ölüb Onların meyitləri sudan çıxarılıb
Hadisə
6 Avqust , 2015 13:16
Azərbaycanda 4 nəfər suda boğularaq ölüb

Bakı. 6 avqust. REPORT.AZ/ Dünən Azərbaycanda 4 nəfər suda boğularaq ölüb. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar, Şəmkir rayonunun Qaranüy kəndində Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub. Onların meyitləri sudan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi