Yuxarı

Azərbaycanda 3 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Hadisələr Bərdə, Tovuz və Ağsu rayonlarında qeydə alınıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda 3 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. 

"Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisələr Bərdə, Tovuz və Ağsu rayonlarında qeydə alınıb. 

Belə ki, Bərdə rayonunun Əliyanlı kənd sakini Ceyhun Məmmədovu, Tovuz rayonunun Köhnə Qala kənd sakini Rasim Məsimovu, Ağsu rayonunun Hinqar kənd sakini Sevda Cəlilovanı elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi