Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib
Hadisə
7 May , 2021 18:45
Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib
0 : 00
0 : 00

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

İclasda bildirilib ki, fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.

Həmin qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi