Azərbaycandan 3,5 mln. rubldan çox vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb - VİDEO

Azərbaycandan 3,5 mln. rubldan çox vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Avqust , 2017 12:40
Azərbaycandan 3,5 mln. rubldan çox vəsaitin qanunsuz çıxarılmasının qarşısı alınıb - VİDEO
Customs.gov.az

Bakı. 16 avqust. REPORT.AZ/ Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi