Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
11 İyun , 2018 12:14
Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
Report
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

İyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən iki gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi