Azərbaycanda 20 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib

Azərbaycanda 20 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib Gənc ananın böyrəklərində problem olduğu bildirilir
Hadisə
1 Oktyabr , 2015 10:19
Azərbaycanda 20 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib

Bakı. 1 oktyabr.REPORT. AZ / Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib. "Report" xəbər verir ki, rayonun Alar kənd sakini, 1995-ciil təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova axşam saatlarında Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. 
Doğuş zamanı körpə qeysəriyyə üsulu ilə ana bətnindən götürülüb və sonra gənc ana dünyasını dəyişib. İlkin məlumata görə, ananın böyrəklərində problem olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi