Azərbaycanda 2 960 manat dəyərində lotereya bileti oğurlanıb

Hadisə
  • 02 mart, 2020
  • 08:24
Azərbaycanda 2 960 manat dəyərində lotereya bileti oğurlanıb
google.az

Goranboy rayonunda lotereya biletləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki mağazaların birindən 2 960 manat dəyərində lotereya biletini oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.