Azərbaycanda 18 vətəndaşa qarşı dələduzluq edilib.
Bu barədə "Report"a
Belə ki, Gəncə şəhər Kəpəz Rrayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.