Azərbaycanda 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb

Azərbaycanda 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb Qeyri-leqal dövriyyədən ümumi məbləği 24 700 manat və 10 000 ABŞ dolları olan 347 ədəd əskinas çıxarılıb
Hadisə
8 İyul , 2016 17:18
Azərbaycanda 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb

Bakı. 8 iyul. REPORT.AZ/ “Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə bu ilin altı ayı ərzində 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb”.

“Report”un məlumatına görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirliyin geniş Kollegiya iclasında deyib.

O bildirib ki, qeyri-leqal dövriyyədən ümumi məbləği 24 700 manat və 10 000 ABŞ dolları olan 347 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Nazir müavini əlavə edib ki, narkotiklərlə əlaqədar müəyyən edilən 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin altı ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.

Son xəbərlər

Orphus sistemi