Azərbaycanda 17 il əvvəl cinayət törədən şəxsə hökm oxunub

Azərbaycanda 17 il əvvəl cinayət törədən şəxsə hökm oxunub Pərviz Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Mart , 2017 12:35
Azərbaycanda 17 il əvvəl cinayət törədən şəxsə hökm oxunub

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında P.Hüseynovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, P.Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakinini öldürməyə cəhd edib. Onlar şəhər sakininə qarşı quldurluq əməlləri törədərək pul alıblar. Digər 3 nəfər saxlanılıb. P.Hüseynov isə cinayətdən yayınaraq, Rusiya Federasiyasına qaçıb. O, bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orada məhbusluq həyatı yaşayıb. P.Hüseynov 2015-ci ildə Azərbaycana qayıdarkən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi