Azərbaycanda 104 qeydiyyat şöbəsi və nikah evi fəaliyyət göstərir

Azərbaycanda 104 qeydiyyat şöbəsi və nikah evi fəaliyyət göstərir ​​​​​​​“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri və İcra Hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir”.
Hadisə
14 Avqust , 2020 12:13
Azərbaycanda 104 qeydiyyat şöbəsi və nikah evi fəaliyyət göstərir

“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri və icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, hazırda bu fəaliyyətlə konsulluq idarələri və icra nümayəndəlikləri ilə yanaşı, Ədliyyə Nazirliyinin 104 qeydiyyat şöbəsi və nikah evi məşğul olur: "Bakı şəhərində 5, Azərbaycanın müxtəlif bölgələrində isə 15 “ASAN xidmət” mərkəzində digər dövlət orqanları ilə yanaşı, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri də fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi