Azərbaycana qanunsuz yolla qızıl-zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla qızıl-zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb Bakı. 14 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Xanoba gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Opel Zafira markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Hadisə
14 Noyabr , 2018 13:33
Azərbaycana qanunsuz yolla qızıl-zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Opel Zafira" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən zərgərlik məmulatları aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin üst sol cibindən 1 ədəd şəffaf polietilen paketdə gömrük orqanına bəyan edilməyən, ümumi çəkisi 82 qram olan - 1 ədəd üzük-sırğa dəsti, 4 ədəd üzük, 3 ədəd boyunbağı hissələri, 2 ədəd təktay sırğa, 4 ədəd kulon, müvafiq olaraq, 20, 25 28 mm uzunluqda 3 ədəd çubuq formasında, 2 ədəd kürə formasında, 5 ədəd təyinatı bəlli olmayan qızıl zərgərlik məmulatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi