Bakı. 20 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Benz C-230" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
“Report” Komitəyə istinadən xəbər verir ki, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtirinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


