Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinə cəhd olub - FOTO

Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinə cəhd olub - FOTO 254 000 ədəd siqaretin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Hadisə
14 May , 2016 16:04
Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinə cəhd olub - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 254 000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan və ehtiyat təkərinin içərisindən gömrük nəzarətindən gizlədilən 96 600 ədəd siqaret aşkar edilərək götürülüb.

“Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi digər bir avtomobildən isə 60 000 ədəd siqaret aşkar edilib. Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən siqaretləri avtomobilin salonu və yük yerindəki örtüklərin altından aşkar edib.

“Xanoba” gömrük postunun idxal minik xəttində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi daha bir nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə avtomobildən gömrük nəzarətindən gizlədilən 97 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi