Azərbaycana pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Azərbaycana pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Dekabr , 2016 10:24
Azərbaycana pirotexniki vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, İdarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi