Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi Opel Vectra markalı avtomobilə gömrük baxışı keçirilib.
Hadisə
23 Aprel , 2019 12:49
Gürcüstandan ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi